Maşın piyadanı vurdu - Sumqayıtda

3 Fevral 2016 14:00 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 2-də saat 14 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində Xırdalan şəhər sakini Şəhriyar Şükürlü idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Məhiyəddin Şərifovu vurub və o, hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.