Azərbaycanda 2 qurum yaradıldı

3 Fevral 2016 14:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, birinci Fərmanla Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası yaradılıb. Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradılıb.

Digər Fərmanla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Palatanın yaradılmasında məqsəd qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

Palatanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb.

İşçi qrupunun rəhbəri

Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri


İşçi qrupunun üzvləri

Asim Məmmədov - "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Cəlal Qasımov - "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Faiq Hüseynov - "Unibank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri