Mağazadan pul oğurlayan şəxslər yaxalandı

3 Fevral 2016 14:58 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Əhsən Qasımova və Nəsirxan Rzayevə məxsus mağazalardan pul, geyim əşyaları və ərzaq məhsulları oğurlayan Bakı şəhər sakinləri Azər Mirzəyev və Vüqar Süleymanov tutulublar.