Meyiti tapılmış neftçinin kimliyi məlum oldu

3 Fevral 2016 15:06 (UTC+04:00)

AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən cəsədin DNT analizinin nəticələri məlum olub.

Ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti" Trestində çalışan Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ``Günəşli`` yatağındakı 10 saylı dəniz özüllərində baş verən qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.