Müxalifət “Anti-böhran koalisiyası” yaratdı

3 Fevral 2016 15:42 (UTC+04:00)
AzNews.az xəbər verir ki, toplantıda ölkədə yaranmış vəziyyət ətraflı müzakirə olunub və "Anti-böhran koalisiyası"nın yaranması barədə razılaşma əldə edilib.

Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), Ağ blok, bir sıra hərəkat və təşkilatlar daxil olublar.

Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.