Avtomobil aşdı - Sürücü öldü

3 Fevral 2016 15:59 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 2-də saat 09 radələrində Tovuz rayonunun Əsrik Cırdaxan kəndində rayon sakini İsmayıl Məhərrəmov idarə etdiyi "VAZ-2121" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.