Elnur Nağızadə dələduzluqda ittiham olunur - 150 minlik mənimsəmə

3 Fevral 2016 16:08 (UTC+04:00)

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O bu ilin yanvar ayında vəzifəsindən azad edilib.

Report.az