İlhamə-Aygün davasına müğam ifaçısı da qarışdı: “Bazara göyərti satmağa getsinlər”

3 Fevral 2016 16:15 (UTC+04:00)

AzNews.az-a danışan xanəndə hər iki sənətkarı ittiham edib və onlara dövlət tərəfindən verilən titulların geri alınması təklifi ilə çıxış edib: "Onlara verilən təqaüd və evlər geri alınsın. Böyük biabırçılıqdır. Bir qisim sənətkara heç gözlərinin biri ilə də baxan yoxdur. Bir qisim sənətkarlar isə dövlətdən, şan-şöhrətdən bir-birinin ətini yeyirlər. Arada milli dəyərlər, abır-həya gedir. Əgər onlara verilənlər geri alınsa, onda bazara göyərti satmağa gedərlər, agılları başlarına gələr".

Q.Abbasov qeyd edib ki, istintaq kimin haqlı oldugunu müəyyənləşdirəndən sonra həqiqətlər üzə çıxa bilər: "Özbaşına heç nə demək olmaz. Bir onu deyirəm ki, bütün yolundan çıxanları aparıb cəbhə bölgəsindəki kəndlərimizdə bir ay o camaatla bir yerdə saxlasınlar. Onlar nə yeyir-içir bunlara da ondan versinlər. Onda düzələcəklər. Cənab prezident Xalq artistlərinə xüsusi şərait yaradıb ki, belə etsinlər? Ayıbdır, özlərini nə hesab edirlər? Camaatın əsəbləri ilə oynamaq olmaz. O bunu, bu da onu ittiham edir. Camaat kor deyil, görür hər şeyi. Yüksək komfort şəraitdə yaşamaqları azlıq edir bunlara?".

Muğam ifaçısının fikrincə, Xalq artistlərinin bu hərəkəti millətə başağrısı verir: "Canımız boğaza yığılıb daha. Günahkar kimdirsə rədd edilsin, cəzalandırılsın. Canımız bu saxta artistlərdən qurtarsın".

Qeyd edək ki, Aygün Kazımova Xalq artisti İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. M. Hüseynovanı dəstəkləyən A.Kazımova İ.Quliyeva tərəfindən şər-böhtana məruz qaldığını bildirib. İ.Quliyeva isə onu "bədbəxt qadın" adlandıraraq məhkəməyə verəcəyini və bir milyon manatlıq təzminat davası açacağını deyib. Bundan əsəbiləşən A.Kazımova isə "İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir", - deyə cavab verib.

Bahar RÜSTƏMLİ
AzNews.az