Mağazadan tütün məmulatları oğurlayan şəxslər yaxalandı

3 Fevral 2016 16:29 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də rayon sakinləri Sarvan Məmmədova, Taleh Muradova və Elçin İbadova məxsus mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlayan həmyerliləri Ramin Rəsulov, Ramil Mövsümov və Ucar rayon sakini Tamerlan Hüseynov tutulublar.