Azərbaycanda 80 min manata mobil nömrə satılır
3 Fevral 2016 19:17 (UTC+04:00)
AzVision.az xəbər verir ki, bununla bağlı elan Tap.az saytında yerləşdirilib.Qaya Əliyev adlı istifadəçi elanda qeyd edib ki, 050-777-77-77 mobil telefon nömrəsini 80 000 manata satır. O bildirib ki, bu, son qiymətdir.Qeyd edək ki, "zerkalnı" mobil telefon nömrələri daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.