“Bank of Azerbaijan”ın əmanətçilərinə 12 mln. kompensasiya ödənilib

3 Fevral 2016 20:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən 5 gün ərzində 12 mln. manatdan artıq kompensasiya ödənilib.

Xatırladırıq ki, bu bankın qorunan əmanətçilərinə cəmi ödənilməli kompensasiya məbləği 24,2 mln. manatdır.

Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank" ASC və "Rabitə Bank" ASC seçilib.