Suriyada raket atəşi - 15 ölü, 58 yaralı

3 Fevral 2016 20:48 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Deraa şəhər xəstəxanasından bildiriblər.

"Ölənlərin sayı 15-ə çatıb, 58 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında uşaqlar da var. Yaralıların bir çoxunun vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər", məlumatda deyilir.