Erməni səyyahı döydülər - Moskvada

3 Fevral 2016 21:42 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni səyyah evinin yaxınlığında döyülüb. Döyüldükdən sonra o, polisə və təcili yardıma zəng edərək hadisə barədə xəbər verib.

Həkimlər Süleymanyanın hər iki gözünün ətrafında, üzündə və baş nahiyəsində çoxsaylı hematomaların olduğunu bildiriblər.

Polis hücum edənləri tuta bilib. Onların üçü də Özbəkistan vətəndaşlarıdır.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.