Dəm qazından zəhərlənmə - Şəmkirdə

3 Fevral 2016 22:45 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Barlıbağ kənd sakin, 1990-cı il təvəllüdlü Fərqanə Əliyeva dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə F. Əliyeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.