Zika virusuna görə “Rio-2016” təxirə salınacaq? - Açıqlama

3 Fevral 2016 23:15 (UTC+04:00)

Bu zəmanəti ötən gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax verib.

İdman tədbirinin başlanmasına cəmi 6 ay qaldığı bir vaxtda T.Bax əmin edib ki, virusun yayılmasının Dünya Səhiyyə Təşkilatı tərəfindən (DST) sağlamlıq üçün təhlükəli olduğunun bəyan edilməsinə, təzə doğulmuş körpələrdə mikrosefaliya yaratması barədə fikirlərə baxmayaraq, avqust ayında idmançılar və tamaşaçılar üçün bütün zəruri şəraitə zəmanət veriləcək.

Bu səbəbdən Braziliya hökuməti hamilə qadınlara körpələri üçün böyük riski nəzərə alaraq bu ölkəyə gəlməməyi məsləhət görür. Braziliya Prezidenti Administrasiyasının rəhbəri Jak Vaqner deyib: "Virus hamilə qadınlar üçün doğrudan da ciddi təhlükədir. Onlara Olimpiya Oyunlarına gəlmək tövsiyə edilmir".

Lakin məmur idmançıların və turistlərin təlaşına xüsusi səbəb olmadığını vurğulayıb və onları bu ölkəyə gəlməkdən qorxmamağa çağırıb: "Braziliyaya gələnlər, o cümlədən idmançılar üçün risk yoxdur. Yalnız hamilə qadınlar istisnadır".

Alimlər Zika virusunun qarşısını almaq üçün dərman preparatlarının hazırlanması üzərində baş sındırsalar da, hələlik ona qarşı vaksin və ya müalicə metodu tapılmayıb.


Azvision.az