Obama məscidi ziyarət etdi - İlk dəfə

4 Fevral 2016 00:21 (UTC+04:00)

AzNews.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.

Obama, amerikalıları irqi və dini ayrıseçkiliyi rədd etməyə çağırıb.

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.

Ağ Evin sözçüsü bildirib ki, prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib.