Maşın ağaca çırpıldı - Sürücü yaralandı

4 Fevral 2016 09:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Lada markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılan vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:45-də başa çatıb.