Məşhur marka ən böyük vergi qaçaqçısı imiş
6 Noyabr 2012 09:17 (UTC+04:00)
İtaliyanın ən tanınmış markalarından biri "Huqo Boss"un 65 milyon avroluq əmlakı müsadirə olunub. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Marzotto ailəsinə məxsus şirkətin 200 milyon avro məbləğində vergidən yayınmasıdır.
İtaliyanın maliyyə polisinin verdiyi məlumata görə, Huqo Boss şirkəti Lüksemburqda saxta şirkət quraraq vergidən yayınıb. Bundan əlavə vergi yayınmasında əli olan 13 ailə üzvü istintaqa cəlb edilib.
Qeyd edək ki, şirkət 1836-cı ildə etibarən fəaliyyət göstərir və bir çox ticarət markalarının sahibidir.
Sadiq Musa
AzNews.az