Dəmiryol xəttinin yaxınlığında yanğın baş verdi

4 Fevral 2016 09:59 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı dəmiryol xətti yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.