«Lokomotiv-Biləcəri»nin başına kim gətirildi?

6 Noyabr 2012 09:18 (UTC+04:00)
Azərbaycan Super Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət "Lokomotiv-Biləcəri" klubu yeni baş məşqçi ilə müqavilə bağlayıb.

AzNews.az xəbər verir ki, əsasən milli komandanın oyunçuları qurulan "dəmiryolçular"un sukanına yunanıstanlı Con Nikolakis gətirilib.

Gənc mütəxəssisin ölkə çempionatında debütü noyabrın 7-nə təsadüf edəcək. "Lokomotiv-Biləcəri" 3-cü turda Avropa Çempionlar Liqasının işrirakçısı "Azərreyl" ilə görüşəcək.

Kamran Hacı
AzNews.az