Elnur Kələntərliyə İTV-də vəzifə verildi

4 Fevral 2016 11:08 (UTC+04:00)

Elnur Kələntərli İTV-nin "Səhər proqramları" departamentinin direktoru təyin olunub.

Yeni təyinat baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurasında keçirilən iclasda təsdiqlənib.

Qeyd edək ki, E. Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib. E.Kələntərlinin son iş yeri isə AzTV olub.

Lent.az