Ceyranbatan qəsəbəsində ev yandı

4 Fevral 2016 11:23 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.