İŞİD-in daha bir lideri öldürüldü

4 Fevral 2016 11:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, İŞİD-in Yəməndəki başçısı Cəlal Balidinin içərisində olduğu avtomobilə pilotsuz uçan aparat vasitəsilə zərbə endirilib.

Hadisə zamanı Cəlalın avtomobili Yəmənin cənubunda Zincibar və Şakra şəhərləri arasında hərəkət edirmiş. Zərbə endirilən zaman avtomobildə İŞİD liderindən başqa 2 köməkçisi də olub.

Aydan AXUNDOVA