Bakıda “NAZ-Lifan” oğurlandı

4 Fevral 2016 11:59 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib.

Həyata keçirilən tədbirlərlə avtomobili qaçıran Bakı şəhər sakini Camal Məmmədov tutulub.