Maşın piyadanı vurdu

4 Fevral 2016 12:12 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadın xəbər verir ki, fevralın 3-də saat 07 radələrində Nərimanov rayonunun Xətai prospektində Bakı şəhər sakini Hüseyn Novruzov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.