Xankəndi aeroportunun təhlükəsizlik sistemi yoxdur - ETİRAF

6 Noyabr 2012 09:37 (UTC+04:00)
"Xankəndi aeroportundan təyyarələrin uçuşunun gecikməsinın səbəbi uçuşların təhlükəsizliyi üzrə müasir sistemin olmamasıdır. Beynəlxalq aviasiya strukturlarının bütün tələbləri nəzərə alınır". Bunu qondarma rejimin "baş naziri" Ara Aratunyan bildirib.

Aratunyanın sözlərinə görə, əvvəldən iki variant olub: "Ya bu aeroportda da keçmiş SSRİ-nin aeroportları kimi hava şəraiti ilə əlaqədar uçuşlar təxirə salınmalı, ya da müasir tələblərə uyğun sistem yaradılmalı idi".

Aratunyan təyyarələri Azərbaycanın hücumundan qorumaq üçün təhlükəsizlik sisteminin yaradılmasına çalışdıqlarını vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az