Maliyyə Nazirliyinin istiqrazları müəyyənləşdi

4 Fevral 2016 19:51 (UTC+04:00)

AzNews.az-ın Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, tədavül müddəti 1 ilədək olan qısamüddətli istiqrazlar 300 milyon dollar və 150 milyon manat məbləğində buraxılacaq.

Tədavül müddəti bir ildən beş ilədək olan ortamüddətli istiqrazlar isə 200 milyon dollar və 250 milyon manat məbləğində nəzərdə tutulacaq.

Dollar və manat istiqrazlarının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq yanvarın 26-sı və 27-də qeydiyyata alınıb.

Hər bir istiqrazın nominal qiyməti müvafiq olaraq 100 manat və 100 dollar təşkil edir.