ABŞ konqresmenindən 20 Yanvar və Xocalı faciələri ilə bağlı - Bəyanat

4 Fevral 2016 19:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

D.Peyn bəyanatında bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırış edib.

Konqresmen sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə yerləşdiyini, ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.