Dağ yəhudilərindən qondarma “erməni soyqırımı” sərgisinə - Etiraz

5 Fevral 2016 09:00 (UTC+04:00)

Etiraz məktubunda deyilir: "Azərbaycan yəhudiləri olaraq bildiririk ki, sərginin 26 fevral tarixinə qədər davam etməsi yəhudi və Azərbaycan xalqlarına qarşı təhqirdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin ən dəhşətli faciələrindən birini törədiblər. Faciə zamanı 85-i uşaq və 106-sı qadın olmaqla 613 günahsız mülki şəxs amansızlıqla qətlə yetirilib. Bu dəhşətli cinayətin qurbanları hər il 25-26 fevral tarixlərində dünyanın müxtəlif ölkələrində yad edilir. İndiyədək Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yəhudi xalqı da itkilər verib. Bu ədalətsizliyi dəstəkləmək rüsvayçılıqdır".

AZƏRTAC.az