Şabranda beşotaqlı ev yandı

5 Fevral 2016 09:59 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət tikilinin 1 otağında ev əşyaları 30 kv.m və digər otağın tavanı 15 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və 1.6 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.