Bakıda ev yandı

5 Fevral 2016 10:27 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan mənzilin hamam otağında tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 08:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.