Bu marşrut xəttinin istiqaməti dəyişdirildi

5 Fevral 2016 12:11 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə "Baku Bus"un mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qadağa səbəbilə 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub. Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən Azneft meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro stansiyasının önünə qədər hərəkət edəcəklər.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.