Mehri SES-nın təməlqoyma mərasimi keçiriləcək

6 Noyabr 2012 10:46 (UTC+04:00)
Noyabrın 7-də Ermənistanla İran İslam Respublikasının birgə layihəsi olan Mehri Su Elektrik Stansiyasının təməlqoyma mərasimi təşkil olunacaq.

AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Cənubi Qafqazın ən böyük Su Elektrik Stansiyası olacaq Mehri 793 milyon kilovat/saat elektrik istehsal edə biləcək.

Verilən məlumata görə, layihə 5 il müddətində tamamlanacaq və 323 milyon dollara başa gələcək. Hesablamalara görə, SES yalnız 15 ildən sonra gəlir gətirəcək.

Sadiq Musa
AzNews.az