Obamadan təklif: “Hər barrel neft üçün 10 dollar vergi alınsın”

5 Fevral 2016 12:39 (UTC+04:00)

Ağ evdən edilən yazılı şərhdə B.Obamanın gələn həftə açıqlayacağı 2017-ci ilin büdcə layihəsində neft şirkətlərindən çıxardıqları hər bir barrel xam neft üçün 10 dollar vergi alınmasını təklif edəcəyi bildirilib. ABŞ Prezidenti nəqliyyat və enerji sərmayələrinin maliyyələşdirilməsi üçün neft şirkətlərindən çıxardıqları hər barrel neft üçün 10 dollar vergi alınmasını təklif edəcək.

ABŞ-ın məqsədi neft şirkətlərindən alınacaq vergi ilə ölkə iqtisadiyyatını gücləndirməkdir.

Azərtac.az