“Günəşli” yatağında daha bir quyu istismara verildi

5 Fevral 2016 12:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin X horizontundan qazlift üsulu ilə məhsul vermiş, 3050-3011 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.