Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri dəyişdirildi

5 Fevral 2016 13:09 (UTC+04:00)

Dəyişiklik Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri ilə əlaqədardır.

Dəyişikliyə əsasən Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə və Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri sırasına daxil edilib, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov Komissiyanın üzvlüyündən çıxarılıblar.

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının sədri baş nazirin müavini Abid Şərifovdur.

APA.az