Yolun kənarında yeni doğulan körpə tapıldı

5 Fevral 2016 15:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulan (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb və fevralın 4-də onu RPŞ-yə təhvil verib.