Gəncədəki əmək yarmarkasında insident - Video (Yenilənib)

5 Fevral 2016 15:43 (UTC+04:00)


AzNews.az xəbər verir ki, buna səbəb yarmarkaya gələnlərin çoxluğu və təklif olunan iş yerlərinin çoxunun formal xarakter daşıması olub.

Tədbirə 2 minə qədər insan toplaşıb və bu şəkildə əmək yarmarkası keçirilməsinə etiraz etməyə başlayıblar. Bundan sonra yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib və yerli əhali ilə polis arasında qarşıdurma olub və saxlanılanların olduğu bildirilir.



Gəncə şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən xəbərə görə isə bu gün Əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası təşkil edilib. Yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Lakin müraciət edənlərin sayının həddindən artıq çox olduğu, həmçinin ətraf rayonlardan çoxlu sayda vətəndaş müraciət etdiyi üçün gözlənilmədən anlaşılmazlıq baş verib.

Bunu nəzərə alaraq, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən əhaliyə elan olunub ki, yaxın günlərdə növbəti böyük əmək yarmarkası keçiriləcək.

Onu da qeyd edək ki, yaxın günlərdə Gəncə şəhərində 40 ədəd 5 mərtəbəli və 9 mərtəbəli binanın fasad təmiri həyata keçiriləcək. Həmçinin, hazırda Gəncə şəhərində Flarmoniya, İmamzadə kompleksi, 39 saylı orta məktəb, Avtomobil zavodunun yaşayış binaları və bu qəbildən çoxlu sayda yerlərdə tikinti təmir işləri həyata keçirilir. Bununla da 5 mindən çox vətəndaş işlə təmin olunub. Yaxın günlərdə də yeni iş yerləri ilə bağlı böyük yarmarkanın elanı açıqlanacaq. Bu günkü yarmarka təxirə salınmayıb, 318 fəhlə, 248 qulluqçu, 185 nəfər isə xidmət işçisi işlə təmin olunub. Sadəcə ətraf rayonlardan olan vətəndaşlarında müraciət etdiyi üçün anlaşılmazlıq yaranıb. Çünki bu yarmarka yalnız Gəncə şəhər sakinləri üçün idi.