20000 manatlıq qızıl oğurlayan şəxslər tutuldu

5 Fevral 2016 15:59 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər sakini Arzu Mustafayevin evindən 500 manat və 20000 manat dəyərində qızıl əşyalar oğurlayan həmyerliləri, əvvəllər məhkum olunanlar İlham Nəcəfov və Rövşən Hüseynov tutulub.