Xətaidə tikinti özbaşınalığı – Əhalinin etirazına baxan yoxdur (Foto)

5 Fevral 2016 16:33 (UTC+04:00)

Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, narazılıq Sabit Orucov 54A ünvanında aparılan tikinti işlərinin yolun bağlanmasına səbəb olması ilə əlaqədardır. Bildirilir ki, iri beton maşını neçə günlərdir ki, həmin küçəni bağlayıb. Bu isə güclü tıxac yaradır, bundan əlavə ərazidə yaşayanların hətta piyada getməsinə də maneçilik törədir.
Sakinləri hiddətləndirən əsas məsələ isə şirkət sahibinin ləng işləməsi, yolu açmaq üçün heçdə tələsmədiyini açıq şəkildə göstərməsidir.

Günlərdir bağlı qalan yola görə şirkət sahibləri kimi aidiyyəti qurumlar da narahat deyil. Elə buna görədir ki, məsələ ilə bağlı sakinlərin Xətai İcra Hakimiyyətinə və Baki Şəhər Baş Yol Polis İdarəsinə etdikləri çoxsaylı müraciətlərin heç bir nəticəsi yoxdur.

Rayon sakinlərinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik: