Xızı sakini bıçaqla qətlə yetirildi

5 Fevral 2016 16:47 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilən və deşilən xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.

Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutuub və ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.