“Azərişıq”ın yarımstansiyası yandı

5 Fevral 2016 17:29 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində istifadəsiz məişət əşyaları və yaxınlıqdakı "Azərişıq" ASC-nə məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta konstruksiyaları 20 kv.m sahədə və 20 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.