Mağazadan tütün məmulatları oğurlayan şəhər sakinləri tutuldu

5 Fevral 2016 17:49 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Rəfayel Əliyevə məxsus mağazadan pul və tütün məmulatı oğurlayan Bakı şəhər sakinləri Elnur Zəkiyev və Eldar Babakuliyev tutulublar.