Bakıda Bentley yandı

5 Fevral 2016 18:27 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan "Volvo" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.

Hadisə zamanı yaxınlıqda olan vətəndaşa məxsus "Bentley" markalı minik avtomobilin arxa hissə yüksək temperaturdan əriyib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.