“Türkiyə sərhədinə 15 minə yaxın insan gəlib”

5 Fevral 2016 22:24 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

"Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik", deyə Ə.Davudoğlu bildirib.

O qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub.