Kamran Ağayevin transfer qiyməti məlumdur

6 Noyabr 2012 12:12 (UTC+04:00)


Milli komandamızın qapıçısı Kamran Ağayev üçün "Xəzər Lənkəran" dönəmi tamam bitib. "ağ-yaşıllar" təcrübəli qolkiperi tranferə çıxarıb. Artıq onun satış qiyməti də məlumdur: 250 min ABŞ dolları. AzNews.az-ın əldə etdiyi bilgiyə görə, futbolçu ilə danışıq zamanı transfer məbləği 1 milyon dollar təşkil edib.

Sonra qiymət 400 minə endirilib. Amma qapıçının "gəmiqayıranlar"la müqaviləsinin mövsümün sonunda başa çatması, məbləğin yenə aşağı salınması ilə nəticələnib.

AzNews.az-a daxil olan xəbərə görə, Kamran Ağayev ölkə çempionu "Neftçi" ilə danışığı davam etdirir. Çox güman, təcrübəli qolkiper qışda "ağ-qaralar"la anlaşacaq.

Kamran Hacı
AzNews.az