Bakıda minik avtomobili ilə yük maşını toqquşdu

6 Fevral 2016 11:48 (UTC+04:00)

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Gecə saatlarında Maştağa-Ramana yolunda yük və minik maşınları toqquşub. Sultanəli İsmayılov "Mercedes" markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə onun idarə etdiyi avtomobil qarşıdan gələn "KamAZ" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı sürücü Sulmanəli İsmayılov və "Mercedes"dəki dörd sərnişin - Mirdaməd Seyidov, Taar İbrahimov, Rasim Əsgərov və Vasif Hüseynov xəsarət alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Hadisə yerində polis əməkdaşları müayinələr aparıblar. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

APA.az