Bakıda “Bentley”i yandıran şəxsin kimliyi bilindi

6 Fevral 2016 14:21 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan "Volvo" markalı atomobildə yanğın baş vermiş və yanğından yaxınlıqda dayanmış "Bentley" markalı avtomobilin arxa qanadının rəngi qopmuş, sağ arxa ışığı əriyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib. Araşdırma aparılır.