Azərbaycanda 11 bankın bağlanmasının faydası

6 Fevral 2016 14:34 (UTC+04:00)


Bunu 11 bankın ləğv olma prosesini şərh edən Azərbaycan Bank Tədris Mərkəzinin (BTM) rəhbəri Azərbaycan Mərkəzi bankının (AMB) sabiq sədri Cavanşir Abdullayev deyib.

"Məsələn, bir əmanətçi bankdan pulun geri götürmək istəyir. Amma maliyyə qurumu ona bu imkanı yarada bilmir. Bu isə bank sektoruna inamı azaldır. İnamın azalması isə digər əmanətçilərin də pullarını geri götürməsi ilə nəticələnə bilər. Öhdəliyini vaxtında yerinə yetirməyən bankların bağlanması isə bu sektora marağı artır".

Ekspert deyir ki, əgər bank öhdəliyini yerinə yetirmirsə, bank nəzarəti orqanı idarəetməni öz əlinə ala bilər. Bu zaman bankın sağlamlaşdırma prespektiliyinə diqqət yetirmək lazımdır.

Əksər mütəxəssislər Azərbaycan kimi bir dövlət üçün ölkədə fəaliyyət göstərən bu qədər bankın çox olduğunu bildirirlər. Xarici dövlətlərdə bankların sayının azaldılması praktikasını çoxdan tətbiq ediblər. Məsələn, 2001-ci ildə baş verən dünya maliyyə böhranından sonra keçirilən islahatlar nəticəsində Türkiyənin bank sektoru daha dayanıqlı vəziyyətə gətirilib. Böhrandan sonra Türkiyədəki ümumi bankların sayı azaldılıb. İnkişafa digər səbəb isə əsas kapitalın yetərliliyi olub. Maliyyələşmənin sabit və ucuz mənbəyi hesab edilən depozitlər türk banklarının maliyyələşməsinin təxminən 60%-ni təşkil edir. Əgər bankın sağlamlaşdırılma prespektiv yoxdursa, maliyyə qurumu ləğv edilir.

Azərbaycanda 11 bank ləğv olunma prosesindədir. Məlumata görə, 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank" və "Atlantbank", "Debutbank" (2010-cu il), "Birlik Bank" (2011-ci il), "Royal Bank" (2012-ci il), "Evrobank" və "Azerbaijan Credit Bank") idi.

Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank". Amma Mərkəzi Bankın qərarı ilə "NBCBank" ASC, Qafqaz İnkişaf Bankı və "Atrabank" in da konsolidasiya prosesinə start verilib.

Ümumilikdə xarici təcrübədən istifadə etməklə maliyyət sektorunda aparılan islahatlar Azərbaycan banklarını çətin vəziyyətdən tez bir zamanda çıxması ilə nəticələnə bilər. İnsanlar banka qoyduqları pulu istədikləri vaxt götürə bilmədikdə bu həm maliyyə qurumuna, həm də dövlətə problem yaradır. Problemlərin vaxtında aradan qaldırılması isə Azərbaycan banklarının dünya standartlarına uyğun fəaliyyət göstərməsi üçün yeni imkanlar aça bilər.