Sahibkarların işi asanlaşdı - Mənşə sertifikatı 1 günə veriləcək

6 Fevral 2016 17:46 (UTC+04:00)

Bu barədə AzNews.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.

Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.